Türkiyənin Bursa şəhərində tikiş fabrikində işləyən 40 yaşlı qadına təcavüz etməkdə ittiham olunaraq həbs edilmiş 29 yaşlı İ.O cəzacəkmə müəssisəsindən azadlığa buraxılıb.
Teleqraf.com xəbər verir ki, sosial şəbəkədə tanış olduğu oğlanla evlənmək istəyən qadın görüşüb müxtəlif istirahət mərkəzlərində dincəliblər. Bir-birinə sevgi mesajları yazan cütlük ayrı-ayrılıqda ailəli olublar. Qadın gənc oğlanla evlənmək üçün ərindən boşansa da, İ.O "bir əldə iki qarpız" tutmaq istəyib. Oğlan tərəfindən aldadıldığını görən qadın onu görüşə çağırıb. Və görüşdən öncə polisə zəng edərək İ.Ö tərəfindən narahat edildiyini deyib. Polislər qadının evinə gələrək oğlanı həbs ediblər. Məhkəmə gənci dinləmədən barəsində həbs qətimkan tədbiri seçib. Türmədə olarkən oğlan qadınla olan səmimi fotolarını aidyyəti qurumlara göndərib və dərhal məhkəmənini qərarı ləğv edilib.
Qadının barəsində isə cinayət işi açılıb.