İsveçrəli deputat Mişel Tomson parlamentdəki çıxışı zamanı 37 il əvvəl təcavüzə məruz qaldığını ilk dəfə etiraf edib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Mişelin bu çıxışı bir çox deputatın gözlərini yaşardıb. O, fikirlərini belə izah edib: "Axşam idi və hava hələ qaralmamışdı. Sevdiyim insan məni evimə qədər ötürmək istədiyini dedi. Mən də razılaşdım. Ağaclıqda mənə nəyisə göstərəcəyini bildirdi. Həmin zaman təhlükəyə yaxın olduğumu hiss etmişdim. Ancaq ona inandığımdan bunun fikir olduğunu sandım. 14 yaşım olduğu üçün nə baş verdiyini anlamamışdım. Anama və atama deyə bilmədim. Hətta ən yaxın dostuma və polislərə də deyə bilmədim. Bunu ürəyimin dərinliyində saxladım. Bir dəfə mənim hamilə qala biləcəyimi dedi və test etdik. Onda anladım ki, mən yox, o qorxur. Qorxmuram, mən qurban deyiləm, döyüşçüyəm".

Elvin