"Instagram" mobil proqramında bir sıra yeniliklər edilib. Tərtibatçıların məlumatına görə, indi istifadəçilər öz şəkillərinin altındakı şərhləri deaktiv edə biləcəklər. Həmçinin istifadəçilər fotoxidmətdə bəyəndikləri şərhlərə "layk" qoymaq imkanı əldə ediblər.

Teleqraf.com "ICTnews" a istinadən xəbər verir ki, bundan başqa istifadəçini blok etmədən onu abunəçilər siyahısından silmək imkanı əlçatan olacaq və bu halda istifadəçi heç bir xəbərdarlıq almayacaq.

Mobil proqramın yeni versiyası 6 dekabr tarixindən istifadəçilərin bir hissəsi üçün əlçatan olub, digər istifadəçilər isə bir neçə həftə gözləməli olacaq.