BAKI, 1 sentyabr. TELEQRAF

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) avqust ayında işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı məlumat yayıb.

Teleqraf-ın məlumata əsasən, işğaldan azad edilmiş ərazilərdə 141 tank əleyhinə, 565 piyada əleyhinə mina, 2628 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

6481.4 hektar ərazi isə minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) ilə birgə həyata keçirir.