Son 24 saat ərzində Qarabağda atəşkəs rejiminin pozulması qeydə alınmayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Atəşkəs rejiminin pozulması faktı qeydə alınmayıb”, - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, Qarabağdakı silahlı birləşmələr silahlarını təhvil verməkdə davam edir.