Qarabağda olan rus sülhməramlı kontingentinin COVID-19 virusuna qarşı peyvənd edilməsinin birinci mərhələsi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, 1900-dan çox hərbçi qrafikə uyğun olaraq peyvənd (Sputnik V) edilib.

Hərbçilərə peyvənd vurulması səyyar xəstəxanalarda həyata keçirilib.