BAKI, 31 oktyabr. TELEQRAF

Qazaxıstan müdafiə naziri Dauren Kosanov general-polkovnik Zakir Həsənova “Beynəlxalq əməkdaşlığın inkişafına töhfəyə görə” medalını təqdim edib.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Qazaxıstanda işgüzar səfərdə olan Zakir Həsənov oktyabrın 31-də bu ölkənin müdafiə naziri general-leytenant Dauren Kosanov ilə görüşüb.

Görüşdə hər iki ölkə arasında hərbi əlaqələrin yeni perspektivlərinin müzakirə edildiyi görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.