BAKI, 3 sentyabr. TELEQRAF

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Vyetnamın Hərbi Dəniz Qüvvələri Komandanlığının (HDQ) qərargahında olub.

Bu barədə Teleqraf-a Müdafiə Nazirliyindən məlumat verilib.

Əvvəlcə Hanoy şəhərində yerləşən “Qəhrəmanlar və Şəhidlər abidəsi” və Prezident “Ho Chi Minh” mavzoleyi ziyarət edilib, əklil qoyulub.

Daha sonra müdafiə naziri Vyetnam HDQ komandanı vitse-admiral Tran Thanh Nghiem ilə görüşüb.

Görüş zamanı hər iki ölkənin HDQ-ləri arasında əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Sonda general-polkovnik Z.Həsənov HDQ briqadasını və “Ha Long” buxtasını ziyarət edib, burada yaradılan şəraitlə tanış olub.