BAKI, 18 iyun. TELEQRAF

Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənov rəsmi səfər çərçivəsində Belarusun Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının Mərkəzi Komanda Məntəqəsini ziyarət edib.

Teleqraf xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyi məlumat yayıb.

Səfər zamanı yerli istehsal olan hava hücumundan müdafiə sistemlərinin imkanları nümayiş etdirilib.

Bundan əlavə, müdafiə naziri Belarus müdafiə sənayesi sektoruna aid müəssisələrdən birində də olub və istehsal prosesi ilə tanış olub.