BAKI, 13 iyun. TELEQRAF
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqirinin həlak olması ilə bağlı başsağlığı verib.
Teleqraf xəbər verir ki, başsağlığında qeyd olunub:
"İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqirinin həlak olması xəbəri məni dərindən kədərləndirdi. Şəxsən tanıdığım, hər zaman öz peşəkarlığı və xoş münasibəti ilə seçilən Məhəmməd Baqiri xoş xatirələrlə yadda qalacaq.
Mərhumun ailəsinə və doğmalarına dərin hüznlə başsağlığı verir, səbir diləyirəm.
Allah rəhmət eləsin!"