Müğənni Üzeyir Mehdizadə onun mahnılarını oğurlayan müğənnilərə qarşı çıxış edib.

Teleqraf.com xəbər verir ki, o öz sosial şəbəkə hesabında yeni mahnılarını reklam edən kimi başqalarının oğurlayıb popuri oxunmasından gileylənib.

“Hər kəs həddini bilməlidir. Həddi aşmasınlar! Köhnə mahnılarımdan istifadəyə bir söz demirəm. Yenilərə toxunmasınlar”, - o qeyd edib.