Uzun müddətdir sevgili olan müğənni Keti Perri və tanınmış aktyor Orlando Blum Saint-Tropezdə dincəlir.

Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, cütlük qızları Deisi Davla birlikdə Saint-Tropezdə istirahət edərkən kameralara tuş gəlib.

Əhvallarının yaxşı olduğu müşahidə edilən Keti Perri və Orlando Blum fit görünüşləri ilə diqqət çəkib.