Ürək əməliyyatı edilən Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəs xəstəxanadan evə buraxılıb.

Teleqraf.com xəbər verir ki, İbrahim Tatlısəs xəstəxanadan çıxarkən media nümayəndələrinin suallarını cavanlandırıb. Sənətçi kövrələrək səhhətinin yaxşı olduğunu deyib:

"Səhhətim əladır. Allah bitdi demədən bitməz. Beş gün sonra səhnəyə çıxacam".

Qeyd edək ki, sənətçi ürək qapağı əməliyyatı keçirib.