Məşhur stilist Anar Ağakişiyevin başına iş gəlib.

Teleqraf.com xəbər verir ki, Anar Ağakişiyev "Səni axtarıram" verilişinə müraciət edərək iki oğlan tərəfindən aldadıldığını açıqlayıb:

"Xaricdə bir şirkət qurmaq istədim. İstədim ki, xeyiri də bizimkilər qazansın. İki gənc bəylə tanış oldum, hələ ki, onların adını açıqlamaq istəmirəm. Hazırda iş üzərində Xəzər rayonu prokurorluğunda araşdırma aparılır. Məndən yüksək miqdarda məbləğ alıblar. İki gənc oğlandırlar və Macarıstanda yaşayırlar. Mənim onlarda sənədlərim qalıb, tələb edirəm ki, təqdim etsinlər. Pulumu hara xərcləyiblər?!".