Əməkdar artist Elxan Qasımovun səhhətində nisbətən irəliləyiş var.

Bu haqda Teleqraf.com-a əməkdar artistin qızı Kəmalə Qasımova məlumat verib:

"Atamın səhhəti ağır olaraq qalır. Dializ olunur, qan köçürülür. Müalicə davam edir. Hərdən gözünü açır, amma tam ayılmayıb".

Qeyd edək ki, Elxan Qasımov bir neçə gün öncə aorta anevrizmasının partlaması diaqnozu ilə xəstəxanaya yerləşdirilib.