Müğənni Rəqsanə İsmayılova MTV Azərbaycan kanalında yayımlanan “Ümid ilə gəl” verilişində həbs edilən Təranə Səmədovadan danışıb.

Teleqraf.com xəbər verir ki, Rəqsanə İsmayılova bu sözləri deyib: “Əslində, bu hadisə bir aydan çoxdur baş verib. Bu həyatda hər bir insanın səhvi ola bilər. Uşaqlarını himayəmə götürəcəm. Bir həftə idi ki, uşaqlar mənim yanımdaydılar. Əlimdən gələn qədər kömək elədim. Dünəndən onları uşaq evinə apardılar, özümə gələ bilmirəm. Suel məni qucaqladı ki, məni burada qoyma Rəqsanə xala, gəlib aparacaqsan?”

Rəqsanə İsmayılova onu da deyib ki, Təranə Səmədova reabilitasiya mərkəzlərinin birinə yerləşdirilmişdi: “Orada beş gün müalicə aldı. Axtarışa görə istintaqa gətirildi. Məhkəmənin qərarı ilə bir ay 20 gün müddətinə həbs qətimkan tədbiri keçirildi. Çünki gələn həftə məhkəməyə iş verilməlidir. Təranəyə bu problemi qızı Suelin atası Abbas Cəfərov yaşadıb. Onunla görüşdüm və dedim ki, Təranə səhv edib, adına ləkə gəlib, amma 13 il sənə övlad böyüdüb. Sən bu uşaqların atasısan ”.

İfaçı onu da deyib ki, Təranə Səmədovanın övladlarını himayəsinə götürəcək: “Uşağı himayəmə götürəcəm. Təranə ərizə yazacaq ki, həbsdən çıxana qədər uşaqların etibarnaməsini Rəqsanə İsmayılovaya və həyat yoldaşı Fazil Əmiraslanova etibar edir”.