Əməkdar artisti Mətanət İsgəndərlinin Türkiyədə yaşayan qızı Ülkərin ailəsində ağır itki üz verib.

Teleqraf.com xəbər verir ki, Mətanət İsgəndərli bu haqda “Elgizlə izlə” verilişində məlumat verib:

“Qızım Ülkərin həyat yoldaşı Enginin xalasının iki qızı zəlzələdə dağıntılar altında qalaraq dünyasını dəyişdilər. Birinin 10, o birisinin isə 12 yaşı var idi. Bir oğlu qaldı”.