Tanınmış müğənni Mayli Sayrusun yanvarın 13-də yayımlanan yeni sinqlı - "Flowers" "Spotify"də rekord qırıb.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, söyləntilərə görə müğənni "Flowers" mahnısını keçmiş həyat yoldaşı Liam Hemsvorta ünvanlayıb.

Beləki, mahnının keçmiş həyat yoldaşının ad günündə yayımlanması və mahnıda "Məni səndən daha yaxşı sevə bilərəm" sözləri bu iddianı gücləndirib.

Müğənni sözügedən mahnı ilə həftədə 100 milyon yayımla "Spotify"də rekord qırıb.