Türkiyənin tanınmış aktrisası Fahriye Evcen xəstəxanadan evə buraxıldı.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Fahriye Evcen çıxışda jurnalistlərin suallarını cavablandırıb.

"Hər şey çox yaxşı idi. Mənim də körpəmin də sağlığı yerindədir. Kerem Karana çox bənzəyir. O da gəlib qardaşını gördü və çox xoşbəxtdir"- deyə aktrisa bildirib.

İkinci dəfə atalıq həyəcanı yaşayan Burak Özçivit bu dəfə də doğumda həyat yoldaşının yanında olduğunu deyib.

"Mən ilk doğuşda da və indi də Fahriyeni yalnız buraxmadım. Doğum zamanı yanında idim"