Əməkdar artist Gülüstan Əliyeva sosial şəbəkədə paylaşımı ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, Gülüstan Əliyeva Emin Xıdırov adlı gənclə fotosunu paylaşaraq “Sevilmək sevməkdən gözəldir, öyrəndim…” sözlərini yazıb.

Sosial şəbəkə izləyiciləri əməkdar artistin paylaşımının şərh bölümünə “Allah xoşbəxt eləsin”, "Xoşbəxt olmağa layiqsiz", "Sevgilinizdir yoxsa oğlunuz" və sair kimi şərhlər yazıblar.

Əməkdar artist məsələ ilə bağlı saytmıza açıqlamasında "Klip çəkilişindəndir. Bir-iki günə klipimiz yayımlanacaq",-deyə cavab verib.