Müğənni Kərim Abbasov MTV Azərbaycan kanalında yayımlanan "Səhərin səsi" verilişində "Qızıl Palma” mükafatlandırma mərasiminin təşkilatçısı Sinan Şahmar ilə mübahisə edib.

Teleqraf.com xəbər verir ki, Kərim Abbasov Azərbaycanda keçirilən mükafatlardırma mərasimlərinin pul üzərində qurulduğunu deyib.

"Zəng edib deyirlər ki, sizə mükafat verək, amma qiyməti 1000 manatdır. Görə-görə gəlmişik. Dünənin uşağı qarşımda "belə hal yoxdur" deyə bilməz", - o bildirib.

Sinan Şahmar isə ifaçıya belə cavab verib: "Siz mükafata layiq ola bilmədiyinizə görə belə danışırsınız. Mənə "dünənin uşağı" deyə bilməzsiniz. Çox yuxarıdan gəldiniz".