Əməkdar artist Lalə Məmmədovanın ailəsinə ağır itki üz verib.

Teleqraf.com xəbər verir ki, Lalə Məmmədovanın atası Nadir Məmmədov bu gün dünyasını dəyişib.

Nadir Məmmədov 1982-ci ildən BDU-da çalışıb. Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və turizm kafedrasının professoru olub.

Qeyd edək ki, Lalə Məmmədova atasının altsheymer xəstəliyindən əziyyət çəkdiyini açıqlamışdı.