Boğazında bədxassəli şiş aşkarlanan xalq artisti Könül Xasıyeva sosial şəbəkədə paylaşımı ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, Könül Xasıyeva İnstaqramda "Ata" muğamını ifa edib video paylaşaraq səhhəti haqqında məlumat verib:
"Qurban olduğum bir gündə bəlkə də 10 dəfə öldürüb, dirildir. Amma səsimə toxunmur. Hər kəsə can sağlığı arzu edirəm. Ümid edirəm ki, yenə görüşərik. Sağ-salamat..."
Qeyd edək ki, Könül Xasıyeva sağalması üçün lazım olan 254 min manatı topladığı halda Almaniyada müalicəyə gedib-getməyəcəyi haqqında məlumat verməyib.