Aparıcı Vüsalə Əlizadə və müğənni Sevinc Səfərova arasında Azad Azərbaycan televiziyasında xoşagəlməz hal yaşanıb.

Teleqraf.com xəbər verir ki, buna səbəb Vüsalə Əlizadənin canlı yayımda Sevinc və Sevil Səfərova bacılarına elçi gəlmək istəyən şəxsin məktubunu səsləndirməsi olub.

Sevinc Səfərova Vüsalə Əlizadəyə etirazını bildirib: "Verilişin əvvəlində də demişik, heç vaxt şəxsi həyatla bağlı danışmırıq. Bu mövzuları efirə gətirməyi də düzgün hesab etmirəm. Ən azından bunu qıraqda etmək olar".

Aparıcının ifaçıya cavabı gecikməyib:

"Xanım, siz illər əvvəl veriliş aparmısnız və camaatın başına "hoqqa"lar açmısınız. Yəqin ki, o günləri xatırlayırsınız. Mən də peşəkar, təhsilli bir aparıcı olaraq veriliçimdəki məqamları da dəyərləndirməliyəm".