Müğənni Rəqsanə İsmayılova Bakıdakı dəbdəli evindən təqdim etdiyi görüntülərlə izləyicilərini Yeni il münasibəti ilə təbrik edib.
Teleqraf.com xəbər verir ki, müğənni sosial şəbəkə hesabında bunları yazıb:
"Hər yeni ildə həyatda daha böyük çətinliklər və maneələr olur. Qarşılaşacağınız bütün maneələri aşmağınız üçün sizə cəsarət, ümid və inam arzulayıram. 2023-ci ildə həyatı davam etdirmək, sevgini qaçırmamaq hislərini ikiyə vur... Və onların reallaşmasına vaxt ayır.
Arzum budur ki, ailəm, dostlarım, komandam, yanımda çalışan xanımlar həmişə bir yerdə olaq. Bu ili də sizinlə bir yerdə başa vuraq".