Xalq artisti Könül Xasıyeva səhhətindən danışıb.

Xalq artisti Teleqraf.com-a açıqlamasında vəziyyətinin normal olduğunu deyib: "Səhhətim yaxşıdır, evimdəyəm".

"Sənət dostlarınıza dəstək üçün müraciət etdiniz. Sizə dəstək olurlarmı" sualına o, "Bu haqda danışmayaq",-deyə cavab verib.

Qeyd edək ki, Könül Xasıyeva İnstaqram səhifəsində sənət dostlarına müraciət etmişdi: "Əziz sənət dostlarım, gec olmadan hərəniz bir toy mərasiminin pulunu İnstaqram hesabımda paylaşdığım karta köçürsəniz, məni və mənsiz qalacaq tək, narahat balamı xilas etmiş olarsınız. Bu dəymirəm?! Axı, siz məni çox sevirsiniz".

Xalq artistinin boğazında bədxassəli şiş var. Ona Almaniyada əməliyyat üçün 150.000 dollar (254 min manat) vəsait lazımdır.