Türkiyəli məşhur müğənni İbrahim Tatlısəs Bodrumda qızı ilə yol qəzasına düşüb.

Teleqraf.com xəbər verir ki, o, xilasedicilərin köməyi ilə avtomobildən çıxarılıb.

Sənətçi qəzadan dərhal sonra hadisə yerində bu sözləri deyib: “Əvvəlcə məni maşınla birlikdə buradan çıxarın. Sonra məni maşından çıxararsınız”.

Digər tərəfdən, Tatlısəsin sıxışdığı vasitədən çıxarıldığı öyrənilib.

İbrahim Tatlısəsin səhhətinin yaxşı olduğu bildirilib.