Türkiyənin məşhur aktyoru Burak Özçivit və həyat yoldaşı Fəxriyyə Evcən Bodruma istirahətə yollanıblar.

Teleqraf.com xəbər verir ki, obyektivlərə tuş gələn Burak Özçivit media nümayəndələrinin suallarını cavablandırıb: "İstirahətimiz yaxşı keçir. Uşağımızın cinsiyyəti hələ bilinmir. Uşağa ad düşünməmişik".

Qeyd edək ki, cütlüyün Karan adlı oğlu var. Fəxriyyə Evcən ikinci dəfə ana olmağa hazırlaşır.