Müğənni Rəqsanə İsmayılovanın oğlu Məhəmmədəlinin kiçik toyunda qonaqlardan mavi, bəyaz və qızılı rəngli geyimlərin tələb edilməsi sosial şəbəkədə tənqid edilib.

Teleqraf.com xəbər verir ki, məclisdə qonaq qismində iştirak edən əməkdar artist Nüşabə Ələsgərli İnstaqram hesabında foto paylaşıb. Bir şəbəkə izləyicisi ifaçının paylaşımına belə rəy yazıb: "Heç vaxt məni məclisinə dəvət edib, nə geyinəcəyimi diktə edən adamın tədbirinə getmərəm. Ürəyimiz istədiyini geyinib, gedə biləcəyimiz toyda...".

İfaçının isə sosial şəbəkə istifadəçisinə cavabı gecikməyib: "Nə olar ki, məgər pis alınıb!? Əladı! Arzusudur da... Adam sözbaz olmaz".

Qeyd edək ki, Rəqsanə İsmayılova oğlu Məhəmmədəlinin kiçik toyuna türkiyəli müğənni Lineti də dəvət edib. İfaçının həyat yoldaşı Fazil bəy toyda Linetə brilliant üzük bağışlayıb.