Moskvada yaşayan müğənni Rəqsanə İsmayılova həyat yoldaşı Fazil Əmiraslanovun ötən gün avtomobil idarə edərkən oğlu Məhəmməd Əlini qucağında saxladığı və sükan arxasında qanun pozuntusu törətdiyi görüntüyə aydınlıq gətirib.

Teleqraf.com xəbər verir ki, Rəqsanə İsmayılova İnstaqramda canlı yayım zamanı görüntülərin klip çəkilişindən olduğunu deyib:
"Video klip çəkilişi zamanı lentə alınıb. Həyat yoldaşım ciddi və kommunist insandır. O, daim qayda və qanunlara riayət edir".

Mediadan əkizlərini uzaq tutan ifaçı onların üzünü göstərəcəyini də açıqlayıb: "Oğlumun kiçik toyundan bir saat əvvəl media ilə görüşəcəm. Həmin vaxt onların üzünü göstərəcəm. Heç vaxt uşaqlarımın üzünü göstərməmişəm".

Qeyd edək ki, cütlüyün əkiz övladı var.