Türkiyənin məşhur aktyoru Burak Özçivitin məhkəməsi başa çatıb.

Teleqraf.com xəbər verir ki, "Kuruluş Osman" serialının çəkilişi zamanı çəkiliş heyətini təhqir etdiyi iddia edilən aktyora məhkəmə pul cəzası kəsib.

3 ay 15 gündən 4 il 1 aya qədər həbsi tələb edilən aktyor məhkəmənin qərarına əsasən 3 min lirə pul ödəyəcək.

Məhkəməyə Burak Özçivitin vəkili Serkan Toper qatılıb.

Qeyd edək ki, hadisənin 2020-ci il dekabrın 8-də "Kuruluş Osman" serialının çəkilişi zamanı baş verdiyi iddia edilib. Aktyorun çəkiliş zamanı çadırdan çıxaraq çəkiliş qrupunu təhqir etdiyi qeyd edilib.