Müğənni Samirə Allahverdi ilə əməkdar artist Lalə Məmmədova küsülülüyə son qoyublar.
Teleqraf.com xəbər verir ki, rəfiqə olan məşhurlar məclislərin birində iştirak ediblər.
Qeyd edək ki, Lalə Məmədova Samirə Allahverdi ilə küsülülüyü haqqında bu sözləri demişdi: "İndi də susacam. Dostların arası söz-söhbətsiz olmur. Amma qlobal bir problem deyildi. Elə olduğu yerdə qalsın. Həyatımda pərdəarxası nə baş verirsə, elə də qalır. Efirə çıxıramsa, ancaq mahnı oxuyacam, yalnız sənət haqda danışacam".