Xalq artisti Könül Xasıyeva “Həmin Zaur” verilişində yeni etiraflar edib.

Teleqraf.com xəbər verir ki, Könül Xasıyeva deyib: “37 yaşımda tanınmış iş adamı məni qaçırmaq istəyib, peşmanan ki, niyə onunla qaçmadım?! İndi arvad olmuşdum, uşaq da yekə uşaq idi. Restoranın arxa qapısından qaçdım”.

Könül Xasıyeva həmkarı Aygün Bayramova ilə küsülü olması haqqında yayılan xəbərlərə də reaksiya göstərib: “Yalan məlumatdır. Bütün sənət yoldaşlarımı çox sevirəm. Aygün xanımla küsülü deyiləm, amma tez-tez görüşmürük”.

Könül Xasıyeva onu da deyib ki, 11 yaşından toy mərasimlərində iştirak edir: “Evimiz olmayıb. Səkkiz nəfər bir otaqlı evdə yaşamışıq. 11 yaşımdan anamın əziyyətini gördüm və toy mərasimlərinə getdim. 14 yaşımda üç otaqlı ev tikdirdim. Anam xəstə idi, ildə dörd dəfə Bakıya gətizdirib müalicə elətdirirdim. O, şəkər idi, ürək çatışmalığından əziyyət çəkirdi”.

Xalq artisti həyat yoldaşından ayrılmasına görə peşmanlığını da dilə gətirib: “Allah onu da, məni də xoşbəxt etsin. Uşağımın atasıdır. Aramızda hər nə olubsa, Kazımın günahı yoxdur. Allah şeytana lənət eləsin. Həyat yoldaşımdan ayrılmağıma görə peşmanam. Kim istəyər, ailəsi dağılsın. Bir-birimizə hallalıq vermişik. Allah hər ikimizin yolunu açıq etsin. Ondan aliment almıram”.