Əməkdar artist Lalə Məmmədova yeni “Bir məktub yaz” adlı mahnısı üçün kamera qarşısına keçib.

Teleqraf.com xəbər verir ki, ekran işi üçün sənətçinin görüntüsündə dəyişiklik edilib.

“Bir məktub yaz”da hadisələr bir evin içində cərəyan edir. Lalə Məmmədova klipdə tənha bir qadını canlandırır. Onun kamera qarşısına gecə paltarında çıxması da diqqət çəkir.

Qeyd edək ki, klipin ideyası və obraz stilisti Elnur Həsənov tərəfindən hazırlanıb. Klip yaxın günlərdə təqdim ediləcək.