Ötən gün axşam saatlarında koronavirusdan vəfat edən müğənni Səyyad Əlizadənin vida mərasimi keçirilməyəcək.
Bu haqda Teleqraf.com-a müğənninin kürəkəni Razim Qarayev məlumat verib.
O, qeyd edib ki, Səyyad Əlizadənin nəşi 1 saylı Şəhər Klinik Xəstəxanasından (Semaşko) doğulduğu Füzuli rayonunun Babı kəndinə aparılır.
Qeyd edək ki, müğənni Gömrük klinikasının reanimasiya şöbəsinə yerləşdirilmişdi.