"Kərim uşaqlara pul göndərəndə, uşaq atasına yazıb, nə isə istəyəndə çeki atıb, alimentdən hesablayır. Pulu az-az göndərir. Uşaqların hər birinin öz telefonu var. İstəyəndə danışırlar, mane olmuram. Nənələri ilə bir dəfə danışıblar. Mətanət xanım xəstəxanadan çıxanda Tuncaya zəng etmişdi. Ondan sonra danışmayıblar".

Bu sözləri Teleqraf.com-a açıqlamasında əməkdar artist Mətanət İsgəndərlinin gəlini Canana deyib.

Canana Mətanət İsgəndərlinin ona
Sərxan Kərəmoğlunun sosial şəbəkədə yayımladığı videoda "nankor" deməsinə də münasibət bildirib: "Bilmirəm Sərxan Kərəmoğlu məndən nə istəyir?! Qıcıqlandırır. Mətanət xanım mənə söz atır, nankor... Onun xarakterini bilirəm. Ətrafında kim varsa, uzaqlaşanda nankor deyir. O, ailəni toparlamağa çalışmayıb. Dağılmasını özü istəyirdi. İstəyinə də nail oldu. Mən həyat yoldaşımdan ayrıldım. Mənə plan cızırdılar. Haqqımdakı planlarını eşitdim və Mətanət xanıma dedim ki, hər şey üçün çox sağ olun, sizin planlarınızı həyata keçirərəm. Boşamaq istəyirsiniz, mən sizdən əvvəl ayrılaram. Ona görə də onun üçün fərqi yoxdur. Əziyyətimin qədrini bilmədi. Mən onun oğlu üçün nələrdən keçdim. Səkkiz il nişanlı saxladı, gərək o vaxtdan ayrılardım, özümü fəda etməzdim. Onun oğluna dəyməzdi. Ana uşağıdır və öz qərarını verən insan deyil. Bizim problemlərimiz keçən ilin avqustundan başlayıb. Artıq bir ildir ki, uşaqları özüm saxlayıram. Onlar istəyirdilər ki, tək qalım, uşaqlara baxa bilməyim. Veclərinə belə deyildi ki, uşaqlar nə yeyir, nə içir. Uşağım daim necə yaşayıbsa, indi də elə yaşatmağa çalışıram. Bacardığım qədər istədiklərini almışam. Avtomobili əlimdən aldılar, ən zəif yerimdən vurdular. Uşaqları hazırlığa aparırdım. Taksilərə nə qədər pul xərclənir. Bu gün məni qınayan da çoxdur, dəstək olanlar da. Hamı bilir ki, qaynanadan insana ana olmaz. Mənim anam rəhmətə gedib, Mətanət xanım ailəyə böyüklük edə bilmədi. Ancaq dava olurdu. O sözləri mənə deməsəydi, davam edərdim. Necə ki, nəslimə, ata-qardaşıma görə bu qədər əziyyətə dözüb-oturdumsa... 20 il az deyil. Xınayaxdı mərasimi günü ağladım, toy mərasiminə bir gün qalmış üzüyümü qaytarmaq istədim. Anam xərçəng xəstəsi idi. Həkimlər dedi ki, toy mərasimini görsün. Sonra uşaqlarıma görə dözdüm oturdum. İnsan öz qədrini bilməlidir".

Qeyd edək ki, Mətanət İsgəndərlinin gəlini Canana həyat yoldaşı Kərimdən övladlarına şiddət göstərdiyinə görə ayrılıb. Cütlük rəsmi boşanmaq üçün məhkəməyə müraciət edib. Onların üç övladı var.