Əməkdar artist Mətanət İsgəndərlinin gəlini Canana çətin vəziyyətə düşüb.
Canana Teleqraf.com-a açıqlamasında həyat yoldaşı Kərimin alimenti ödəmədiyini deyib.
O, kirayə yaşadığı mənzil sahibinə borcunun olduğunu bildirib: "Uşaqlar dəfələrlə atalarına deyiblər ki, kirayə haqqı ödənilməsə bizi evdən çıxaracaqlar. Ev sahibi ilə müqavilə bağlamışıq, 3000 manat borcumuz var. Evdən çıxsaq texniki əşyalarımız, kompüter girov saxlanılacaq. Uşaqlarımın atası alimenti ödəmir, 2100 manat yığılıb".
Qeyd edək ki, Canana və Kərim cütlüyünün üç övladı var.