Əməkdar artist Mətanət İsgəndərlinin gəlini Canana həyat yoldaşı Kərimə cavab verib.

Teleqraf.com xəbər verir ki, əməkdar artistin gəlini Canana İnstaqram hesabında bu sözləri yazıb: “O qədər xoşbəxtəm ki, Allah mənə gözəl, ağıllı, sağlam balalar verib. Yalnız onu deyə bilərəm ki, Allahın izni olmasaydı, bu övladlar olmazdı. Bəndə kimdir ki, bir övladın dünyaya gətirib-gətirməməsinə qərar versin.

Mənə dəstək olan hər kəsə təşəkkür edirəm. Bu neçə gündə necə gözəl insanların dualarını eşitdim. Qəlbi gözəl insanlardan səbrli olmağımı və yalnız Allahıma güvənib, ondan gələn mükafatı gözləməyimi eşitdim. Çox sağ olun, bilirəm ki, tək deyiləm".

Qeyd edək ki, Kərim bir neçə gün öncə MTV Azərbaycan kanalına açıqlamasında demişdi: "Mənim üç övladım var. Şükür Allaha hamı bilir ki, kim necədir? Mən necə insanam, o, necə insandır. Allah köməyi olsun. Sadəcə övladlarıma yaxşı ana olmasını arzu edirəm. Mən də ata kimi onların arxasında dayanmışam. Özümüz də məəttəl qalmışıq, çox məyus və pis olmuşam. Hamı mətbuatda yazır ki, işgəncə vermişəm. Mən Cananı istəyəndə 16 yaşım var idi. Onu sevib evlənmişəm. Mən pis adam idimsə, döyürdümsə, boşanardı. Niyə boşanmadı?"

Xatırladaq ki, Canana qızının şiddətə məruz qaldığı görüntüləri yayaraq Kərimin ona işgəncə verdiyini iddia etmişdi.