"Avroviziya-2010” təmsilçimiz Safura Əliyeva imicini dəyişib.

Teleqraf.com xəbər verir ki, saçlarını qısa kəsdirən və rəngini dəyişən Safura Əliyeva yeni imici haqqında yazıb:

"Həyat yoldaşımın bundan xəbəri yoxdur. Ona sürpriz olsun. Saçlarımı əvvəl daha daha qısa idi. Həyat yoldaşım o imicimi çox bəyəndi və məni aktrisa Natali Portmana bənzətmişdi".

Qeyd edək ki, Safura Əliyeva mərhum energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailəlidir. Cütlüyün üç övladı var.