BAKI, 3 dekabr. TELEQRAF

Azərbaycan ilk dəfə parabadminton üzrə Dünya çempionatında 2 kateqoriyada təmsil olunacaq.

Teleqraf xəbər verir ki, Parabadmintonçularımız İbrahim Əliyev, Zəhra Salmanlı və Nərmin İskəndərova 7-14 fevralda Bəhreynin paytaxtı Manamada keçiriləcək dünya çempionatında 2 kateqoriyada çıxış edəcək.

İbrahim Əliyev SU-5 kateqoriyası üzrə kişilərin şəxsi yarışında, yeniyetmə paralimpiyaçımız Zəhra Salmanlı ilə Nərmin İskəndərova tandemi isə SH-6 kateqoriyası üzrə qadınların qoşa yarışında ilk dəfə dünyanın ən güclü parabadmintonçuları ilə mübarizə aparacaq.

Qeyd edək ki, parabadmintonçularımız İbrahim Əliyev ilə Zəhra Salmanlı bu ilin oktyabr ayında Türkiyədə keçirilən Avropa çempionatında gümüş medallar qazanaraq daha bir ilkə imza atmışdılar.