GƏNCƏ, 30 sentyabr. TELEQRAF
“İlk oyunda qələbə qazandığımız üçün sevincliyəm. Oyun çox gərgin keçdi”.
Teleqraf xəbər verir ki, bunu 17 yaşadək voleybolçulardan ibarət Azərbaycan milli komandasının oyunçusu İsmayıl Rza III MDB Oyunlarında Qırğızıstan üzərində 3:0 hesablı qələbə qazandıqları görüşdən sonra jurnalistlərə açıqlamasında deyib.
O, sonuncu setin həyəcanlı keçdiyini söyləyib: “Amma sonunda qazanan biz olduq. Yaxşı oynadığımızı düşünürəm. Rəqibi təhlil etmişdik. Növbəti oyunlarda da qələbə qazanacağımıza ümid edirəm”.