GƏNCƏ, 30 sentyabr. TELEQRAF
Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında oğlanların voleybol yarışlarına start verilib.
Teleqraf xəbər verir ki, Gəncə İdman Sarayında təşkil olunan turnirin ilk oyununda A qrupunda mübarizə aparan 17 yaşadək voleybolçulardan ibarət Rusiya yığması ilə Özbəkistan seçməsi qarşılaşıb.
Görüş rusiyalıların qələbəsi ilə başa çatıb - 3:1.
Qeyd edək, günün növbəti oyununda Azərbaycan millisi ilə Qırğızıstan üz-üzə gələcək.