BAKI, 27 sentyabr. TELEQRAF

Azərbaycanda keçirilən III MDB Oyunları davam edir.

Teleqraf xəbər verir ki, bu gün Qəbələ şəhərində stolüstü tennis və futbol yarışları təşkil olunacaq.

Stolüstü tennis üzrə oğlan və qızlardan ibarət Azərbaycan milliləri final görüşlərinə çıxacaqlar. Hər iki komandanın rəqibi Rusiyanın müvafiq kollektivləri olacaq. Həlledici oyunlar saat 10:00-da başlanacaq.

Daha sonra isə stolüstü tennisdə fərdi yarışlar start götürəcək.

Bu gün, həmçinin futbol üzrə Azərbaycan (U-16) yığması da mübarizəyə başlayacaq. Aqil Nəbiyevin başçılıq etdiyi kollektiv Qəbələ Şəhər Stadionunda Tacikistanın U-16 komandası ilə üz-üzə gələcək. Oyun saat 12:00-da start götürəcək.

Günün ikinci matçında isə Rusiya ilə Belarus qarşılaşacaq.

Qeyd edək ki, III MDB Oyunlarının açılış mərasimi sentyabrın 28-də, bağlanış tədbiri isə oktyabrın 8-də Gəncə Şəhər Stadionunda olacaq.