BAKI, 26 sentyabr. TELEQRAF
Azərbaycanda keçiriləm III MDB Oyunlarında kişilər arasında stolüstü tennis üzrə komanda yarışlarında finalçılar müəyyənləşib.
Teleqraf xəbər verir ki, həlledici görüşdə Azərbaycan və Rusiya təmsilçiləri üz-üzə gələcəklər.
Millimiz yarımfinalda Özbəkistanı, rusiyalılar isə Qazaxıstanı məğlub edib.
Qeyd edək ki, final qarşılaşmaları sentyabrın 27-də təşkil olunacaq.