BAKI, 21 avqust. TELEQRAF
Kamerunlu üzgüçü Leonnel Messi Nqişi yeniyetmələrin dünya çempionatında 50 metr məsafəyə arxası üstə üzmə yarışından diskvalifikasiya edilib.
Teleqraf xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
14 yaşlı idmançı cəzaya görə Rumıniyada keçirilən yarışın yarımfinalına vəsiqə uğrunda mübarizə apara bilməyib.
Yeniyetmələr arasında təşkil olunan dünya çempionatı avqustun 24-də başa çatacaq.