BAKI, 6 avqust. TELEQRAF

Növbəti mövsüm hazırlıqlarını davam etdirən "İmişli" yeni transferini açıqlayıb.

Teleqraf klubun rəsmi saytına istinadən xəbər verir ki, bölgə təmsilçisi qanalı futbolçu Yau Mozes ilə anlaşıb.

Yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında 2025/2026 mövsümü avqustun 15-də start götürəcək.