“Zirə”nin qapıçısı Tyaqo Silva komandasının əsl qəhrəmanına çevrilib.

Teleqraf.com xəbər verir ki, 24 yaşlı portuqaliyalı komandasının bu gün “Osiyek”ə (Xorvatiya) qarşı keçirilən matçında parlaq oyun nümayiş etdirib.

Konfrans Liqasının 3-cü mərhələsində bu komandaların cavab görüşünün əsas vaxtı da heç-heçə (2:2, ilk oyun 1:1) yekunlaşıb. Əlavə vaxtda qol vurulmadığından qalib penaltilər seriyasında müəyyənləşib.

Seriya “Zirə”nin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb və onlar tarixlərində ilk dəfə KL-in pley-off mərhələsinə vəsiqə qazanıblar.

Azərbaycan klubunun qapıçısı rəqibin düz 4 penalti zərbəsini qaytarıb. “Osiyek”in qapıçısı Nikola Çavlina isə 3 penalti dəf edib.