Braziliya yığmasının ulduz futbolçusu Neymarla bağlı İspaniya məhkəməsində qaldırılan dələduzluq işinə xitam verilib.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, Neymarın 2013-cü ildə Braziliyanın “Santos” klubundan İspaniyanın “Barselona” klubuna transferi ilə bağlı imzaladığı müqavilənin saxta olması sübuta yetirilməyib.

Bununla yanaşı məhkəmə futbolçunun 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəyən Braziliyanın DIS şirkətinin şikayətini rədd edib.