"Qazaxıstan 30 inkişaf etmiş ölkə sırasına daxil olacaq"

Qazaxıstanın hazırkı prezidenti Nursultan Nazarbayev dünən keçirilən növbədənkənar prezident seçkilərində 97,7 faiz səslə qələbə qazanıb.

Teleqraf.com-un Qazaxıstan KİV-ə istinadın məlumatına görə, bu barədə Qazaxıstan MSK-nın məlumatında bildirilir.

Məlumata görə, Nazarbayevin rəqibləri Abelqazi Kusainov 0,7, Turqun Sızdıkov isə 1,6 faiz səs toplayıb.
Ölkədə seçici fəallığı 95,22 faiz olub.

Tengrinews-un xəbərinə görə, exit poll-un nəticələrinə həsr olunan tədbirdə Nazarbayev seçkidə verdiyi dəstəyə görə qazax xalqına minnətdarlığını bildirib: "Mən ikiqat enerji ilə çalışacaq və Qazaxıstanın 30 inkişaf etmiş ölkə sırasına daxil olmasına nail olacağam".

Nihad