BAKI, 14 avqust. TELEQRAF

Xankəndiyə çatan ailələrə sahib olduqları mənzillərin açarları təqdim edilib.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, Xankındi şəhərinə çatan 22 ailəyə mənzillərin açarları təqdim edilib.

***

12:56

Növbəti köç karvanı Xankəndi şəhərinə çatıb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə “Böyük Qayıdış” proqramı çərçivəsində səhər saatlarında yola salınan köç karvanı ilə 22 ailə, ümumilikdə 102 nəfər Xankəndi şəhərinə çatıb.

Daha sonra mənzil başına çatan ailələrə sahib olduqları mənzillərin açarları təqdim ediləcək.

Qeyd edək ki,Xankəndi şəhərinə ilk köç cari ilin 21 yanvar tarixində baş tutub

****

06:04

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi davam etdirilir.

Teleqraf xəbər verir ki, növbəti mərhələdə Xankəndi şəhərinə ümumilikdə 102 nəfərdən ibarət 22 ailə köçürülüb.

Doğma yurda qayıdan ailələr respublikanın müxtəlif ərazilərində, əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış sakinlərdən ibarətdir.

Xankəndiyə qayıdan sakinlər onlara göstərilən dövlət qayğısına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər.

Sakinlər, həmçinin Azərbaycan torpaqlarını işğaldan azad edən Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərə minnətdarlıqlarını ifadə edib, Vətən uğrunda canından keçən şəhidlərin xatirəsini ehtiramla yad ediblər.